
Mühasib Təlimi Proqramı
Mühasib vəzifəsi üzrə sıfırdan praktiki şəkildə təşkil etdiyimiz Təlim proqramına qeydiyyat başladı. Əgər səndə təcrübən olmadığına görə iş tapa bilmirsənsə, “BAKU ACCOUNTANTS ASSOCİATES “ MMC -nin təşkil etdiyi ödənişli Praktiki Mühasib Təlimi proqramına qoşula bilərsən.
Nələri öyrənəcəksiniz:
Ümumi işlər:- Fiziki və Hüquqi şəxslərin dövlət qeydiyyatına alınması;
- www.e-taxes.gov.az-portalı ilə tanışlıq;
- Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması; mallar və xidmətlər təhvil verildikdən sonra elektron qaimə sisteminə işlənməsi;
- Bank hesablarının açılması; Biznes kartların sifarişi;
- İnternet banking üzrə əməliyyatlar(əmək haqqı kartının sifarişi, bank daxili, ölkədaxili, ölkə xarici, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə ödəniş və ödənişlərin kütləvi yığılması);
- Posterminal sifariş olunması;
- NKA sifariş olunması;
- Təsərrüfat obyektinin qeydiyyata alınması;
- Asan imza sertifikatlarının əldə edilməsi üzrə müraciətlər;
- Kontragent cədvəllərin hazırlanması və sair;
- Müəssisənin kadr uçotunun qurulması və aparılması;
- Əmək haqqı və tabel cədvəllərinin hazırlanması;
- Əmək müqaviləsinin bağlanılması, dəyişiklik edilməsi, xitam verilməsi və əmək müqaviləsi bildirişləri üzrə Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) daxil edilməsi
- Əmək kitabçalarının açılması və qeydiyyatının aparılması;
- Məzuniyyət hüququnun həyata keçirilməsinin tənzimlənməsi;
- Müəssisə üçün əmrlərin reyestr məlumatlarının qurulması;
- Müəssisənin və işçilərin İcbari Sığorta Bürosunda (İSB) qeydiyyatdan keçirilməsi;
- Cari vergi ödəmələrinin hesablanması haqqında Arayışların təqdim olunması;
- DSMF hesabatlarının hazırlanması;
- Statistika hesabatlarının (aylıq, rüblük, illik) hazırlanması;
- Sadələşdirilmiş bəyannamənin hazırlanması;
- ÖMV bəyannaməsinin hazırlanması;
- ƏDV bəyannaməsinin hazırlanması;
Posted in
Mühasibatlıq Xidməti